ÇinABŞ-ın 28 vətəndaşına, o cümlədən sabiq prezident Donald Trampın administrasiyasında dövlət katibi olan Mayk Pompeoya qarşı sanksiya tətbiq edib.

Unikal.org-un məlumatına görə, bu barədə Çinin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Çin, ölkənin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinə aid məsələlərdə bu cür addımlarından əsas məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiya tətbiq etməyə qərar verib".

Sanksiya siyahısına həmçinin Milli Ticarət Şurasının sabiq rəhbəri Piter Navarro, prezidenti milli təhlükəsiz üzrə sabiq köməkçisi Robert O'Brayan və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft da daxil ediliblər.