İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

O həmçinin bildirib ki, ABŞ-ın maliyyə naziri Steven Mnuçin, keçmiş müdafiə naziri Mark Esper, həmin vəzifəni icra edən Kristofer Miller, CİA rəhbəri Cina Haspel, İrandakı keçmiş və hazırkı xüsusi elçilər - Brayan Huk və Eliot Abrams, habelə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton da sanksiya siyahısındadırlar.

Sözügedən addımlara əsas olaraq ABŞ-ın regionda terrorçuluq fəaliyyətləri, habelə dünyada təhlükəsizliyə qarşı təhdid yaratması göstərilir.