Sebastian Stampfun rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu 150 milyon illik köpək balığının qalığını aşkar edib. 

Unikal.org xəbər verir ki, Vyana Universiteti tərəfindən edilən açıqlamada, 150 milyon yaşı olduğu təxmin edilən köpək balığı qalığının (Asteracanthus ornatissimus) Almaniyanın Bavyera əyalətinin Solnhofen şəhərindəki əhəngdaşında tapıldığı ifadə edilib.

Açıqlamada rəhbər şəxs, təxminən 3 metr uzunluğundakı köpəkbalığı "dövrünün ən böyüklərindən biri" olduğunu vurğulayıb. Köpək balığının diş quruluşuna diqqət çəkən Stampf, "Bu cür dişlərə sahib olmaq, Asteracanthusun müxtəlif çeşidli yeməyi olan bir yırtıcı olduğunu göstərir. Şübhəsiz ki, dövrünün ən böyük və təsir edici qığırdaqlı balıqlarından biri olub", - deyə  qiymətləndirmə aparıb. 

Almanya'da 150 milyon yıllık balık fosili bulundu