Birləşmiş Millətlər Təşkilatı (BMT) 7 üzv ölkənin səs haqqını müvəqqəti olaraq məhdudlaşdırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb bu ölkələrin təşkilata üzvlük haqqını ödəməməsidir. Səs haqqı məhdudlaşdırılan ölkələr İran, Niger, Liviya, MAR, Konqo, Cənubi Sudan və Zimbabvedir.

Təşkilata ən çox borcu olan ölkə İrandır. İranın BMT-yə 16 200 000 dollar borcu var. BMT nizamnaməsi 2 ildən artıq üzvlük haqqını ödəməyən ölkələrin səs haqqını məhdudlaşdırmağa imkan verir. BMT-nin illik büdcəsi 3 200 000 000 dollardır. Bundan başqa sülhməramlı missiyalarla bağlı ayrıca 6 500 000 000 dollar illik xüsusi büdcə də mövcuddur.