Dünyada koronavirusa yoluxanların sayı 96 milyonu keçib.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, Çində ortaya çıxan COVID-19-a dünyada ümumi yoluxma sayı 96 010 036 nəfər təşkil edib.

Ən çox yoluxma qeydə alınan ölkə ABŞ-dır. Bu ölkədə virusa yoluxanların sayı 24 626 376 nəfərə çatıb. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.