Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstan barədə danışıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, almaniyalı həmkarı Haiko Maasla görüşən Çavuşoğlu Yunanıstanın təxribatlara davam etdiyini bildirib.

"Yunanıstan təxribatlara davam edir. Almaniya ilə dialoqlarımız davam edir. Avropa Birliyi ilə vizasız gediş-gəliş görmək istəyirik. Müsbət addımlar sayəsində pozitiv atmosfer yaranıb", - deyə Türkiyə XİN başçısı bəyan edib.