"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, əksər ölkələrə valsinasiya ilin sonunda başlayacaq: "Sinovac" vaksini çox effektlidir, əsas odur ki, mənfi təsirləri olmayıb. Ola bilər, bir neçə şəxs vaksinin ilkin dozasından sonra virusa yoluxsun, amma onlar da xəstəliyi yüngül keçirir. Bizim ölkə rəhbərinin nüfuzu sayəsində bütün firmalarla danışıqlar aparılıb və onların istehsal etdiyi vaskinlərin xüsusiyyətləri öyrənilib. Bizim mütəxəssislər də bu qərara gəlib ki, qardaş Türkiyənin də istifadə etdiyi "Sinovac" vaksinindən istifadə edək. Bu vaksin bir neçə ölkədə sınaqdan keçirilib, heç bir yerdə də fəsad aşkar edilməyib. mənfi təsiri olmayıb. Bu, ən vacib məsələdir. İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulasız", o bildirib.