20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.

Unikal.org xəbər verir ki, xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Fotolar: Müzəffər İsmayılov