Ötən il Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.

Unikal.org xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, 2020-ci il ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 4 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,8 milyon dollar dəyərində məhsul ixrac olunub.