Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Unikal.org-a bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

"Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib", - qurumdan qeyd edilib.