Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-yə rəhbərlik edən Azər Qasımov vəzifəsindən azad edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Tural Mahmudova həvalə olunub. O, vəzifəsinin icrasına yanvarın əvvəlindən başlayıb.

Yeni direktor bu vəzifəyə təyin ediləndən əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub.