Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır. Bu göstəricilərin bir hissəsi yoluxub sağalmış, digər hissəsi isə peyvənd olunmuş şəxslərdə formalaşır",- o bildirib.