“Fevralın 1-dən tələbələrin köçürülməsinə başlanılır. Tələbə köçürülmələri zamanı bəzilərinin imtahan nəticələri nəzərə alınmaya bilər”.

Unikal.org xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən tələbə köçürülmələri prosesi başlanılsa da, sessiya imtahanları bitməyəcək: “Tələbələrin imtahanlarını verəcəkləri fənn üzrə qiymətləri köçürülmə zamanı nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.