Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib. Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.

N.Məmmədli bu vəzifəyə qədər Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.