Cənubi Afrikada satışa qoyulan evə nəzarət etmək üçün gələn cütlük, bağda yatan aslanlarla qarşılaşıb.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin anları əks etdiran videogörüntülər izləmə rekordu qırıb. Cütlük hadisənin şahidi olduqdan sonra ərazini tərk ediblər.  

Ölkədə maraq yaradan olayla bağlı açıqlama verən cütlük, "Gördüklərimizə məəttəl qaldıq. Ev rəsmi olaraq aslanlarla əhatə olunub. Qorxduq, evdən çıxdıq",-  deyə ifadə edib.