Türkiyə kubokunda 1/8 final mərhələsi başa çatıb.

Unikal.org xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıb. “Ərzurum BB” ilə ev görüşündə erkən qol buraxan “Alanyaspor” əzmkarlıqla böyükhesablı qələbəyə nail olub.

“Fənərbaxça” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri yalnız ikinci hissədə rəqibin müqavimətini qırıb.

“Alanyaspor” və “Fənərbaxça” daha öncə tur adlayan “Antalyaspor”, “Sivasspor”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər”, “Beşiktaş”ın ardından 1/4 finala yüksəlib. 1/4 və 1/2 final mərhələlərinin püşkatması sabah – yanvarın 15-də baş tutacaq.

Qeyd edək ki, 1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də keçiriləcək.