Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Unikal.org xəbər verir ki, indiyədək fondda 26 394 850,67 manat toplanıb.

Həmin vəsaitdən 15 594 763,57 manat fiziki şəxslər, 10 800 087,1 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 198 278, 49 manatı xərclənib. Vəsaitin qalığı isə 25 196 572,18 manatdır.