ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.

Unikal.org “RİA Novosti”yə istinadla xəbər verir ki, Tramp üsyana təhrikdə və digər ağır cinayətlərdə günahlandırılır.

Sənəddə D. Trampın impiçmenti və onun gələcəkdə seçki yolu ilə istənilən vəzifəni tutmağa qadağa nəzərdə tutulur.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında səsvermə bu gün təşkil edilə bilər. Nümayəndələr Palatasında sənədin qəbulundan sonra məsələ Senatda müzakirəyə çıxarılmalıdır. Senat isə yanvarın 19-da, Co Baydenin inauqurasiyasına qədər tətilə çıxır. Başqa sözlə, D. Trampın səlahiyyət müddətinin bitməsinə qədər impiçment prosesini tam başa çatdırmaq mümkün olmayacaq.

Eyni zamanda, ekspertlər Senatda impiçmentlə bağlı sənədin qəbulu üçün səslərin üçdə ikisini toplamağın mümkün olacağı qənaətində deyillər.