Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd edilib.

Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub. Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.