Amerikalı tanınmış aktyor Brüs Uillis kameralara tuş gəlib.

Unikal.org xəbər verir ki,  Los-Ancelesdə görüntülənən aktyor koronavirusu heçə sayaraq tibbi maskadan istifadə etməyib. Belə ki, apteklərdən birinə girən 65 yaşlı Brüsü maskasız görən əczaçı ondan qaydalara əməl etməsini tələb edib. Əczaçının istəyini rədd edən Uillisin apteki təcili tərk etməsi söylənilib.