Rusiya-Gürcüstan yolu yenidən bağlanıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, yüksək dağlıq ərazidən keçən Yuxarı Lars yolunun bağlanmasına səbəbin ekstremal hava şəraiti olduğu bildirilib. Dəryal keçidindən keçən yolun Rusiya hissəsində 100-dən çox yük maşının qaldığı bildirilir. Yolun nə zaman açılacağı elan edilməyib.

Bu yol həmçinin Ermənistanla Rusiyanı birləşdirən əsas magistral hesab olunurdu.