ABŞ mətbuatı hazırki prezident Donald Trampın yaxın ətrafına istinadən istefa ehtimalları barədə yazır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti istefa vermək haqqında düşünmür. Tramp bu addımı məğlubiyyətin etirafı sayır. Ona görə də səlahiyyət müddətinin başa çatacağı sonuncu günə kimi prezident kürsüsünü tərk etməyəcək. ABŞ prezidenti sona qədər mübarizə aparmağı hədəfləyir.

Qeyd edək ki, Trampın səlahiyyət müddəti yeni prezident Co Baydenin 20 yanvar tarixində keçiriləcək andiçmə mərasimi günü sonlanacaq.