Dünyada koronavirusa yoluxanların sayı 92 milyonu keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çində ortaya çıxan virusa dünyada ümumi yoluxma sayı 92 milyon 9 min 660-a çatıb.

Ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. Bu ölkədə COVID-19-a ümumi yoluxma sayı 2 milyon 368 min 225 nəfər olub. ABŞ-dan sonra 10 milyon 495 min 816 yoluxma ilə Hindistan, 8 milyon 195 min 637 yoluxma ilə Braziliya, 3 milyon 448 min 203 yoluxma ilə Rusiya gəlir.