Qazaxıstanın keçmiş prezidenti, "Elbaşı" titulunun sahibi Nursultan Nazarbayevin qızı yenidən Qazaxıstan parlamentinin deputatı seçilib.

Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, parlament seçkilərinin yekun nəticələrinin təsdiqlənməsindən sonra Nazarbayevin qızı Dariqa Nazarbayevanın parlamentari kimi fəaliyyətə başlaması rəsmiləşib.

Dariqa Nazarbayeva hakim "Nur Otan" Partiyasının siyahısı üzrə mandat qazanıb. Həmin partiya parlamentdə 76 yer əldə edib.

Qeyd edək ki, D.Nazarbayeva əvvəllər Qazaxıstanın Senatına rəhbərlik edərək spiker vəzifəsini tutub. 2020-ci ildə prezident Kasım Jomart Tokayev onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.