İran İslam Respublikası Oman körfəzində təlimlərə başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. Bildirilib ki, İranın Hərbi Dəniz Qüvvələri və raket qrupları birgə hərbi təlimlərə başlayıblar. Təlimlər ətraf ölkələrdə narahatlığa səbəb olub. Bundan əvvəl İran İslam İnqliabı Keşikçiləri Korpusu İran körfəzi ətrafında yeraltı raket bazası yaradılmasını gündəmə gətirmişdi.

Qeyd edək ki, İran vaxtaşırı belə hərbi təlimlər keçirir.