“Bu gün hər kəs əlini vicdanına qoyub 18 il əvvəlki ilə müqayisədə Türkiyənin demokratiyadan hüquqa – hər sahədə xəyal belə edilə bilməyəcək dərəcədə inkişaf etdiyini söyləyə bilər”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib.

“Son 18 ildə vətəndaşlarımızın hüquq və azadlıqlarını genişləndirərək tarixi əhəmiyyətli addımlar atmışıq. Mövcud konstitusiyamızın 2/3 hissəsini dəyişdirərək hərbi çevriliş dövrlərinin izlərini böyük ölçüdə ortadan qaldırmışıq. Hərbi çevrilişlərlə, xuntalarla, siyasətə antidemokratik müdaxilələrlə tanınan ölkəmizi demokratiyanın inkişafı reysinə oturtduq”, - o vurğulayıb.