Bu ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi bu ölkədə təhsil alan soydaşlarımızın təhsil haqqını yeni meyarla ödəyəcək.

Unikal.org xəbər verir ki, yeni meyar 2020-2021-ci tədris ilində tələbənin azı 61 bal toplamasını tələb edir.

Azərbaycanlı tələbələr, onların valideynləri yeni qaydanı müsbət qarşılayıb. Onların fikrincə, bu, soydaşlarımızın elmə daha çox maraq göstərməsinə səbəb olacaq.

Xatırladaq ki, SOCAR Gürcüstanda azərbaycandilli ictimai məktəbləri bitirmiş, Azərbaycan dilində imtahan verərək Gürcüstanın ali təhsil ocaqlarına qəbul olunmuş soydaşlarımızın təhsil haqlarını 2008-2009-cu tədris ilindən ödəyir.

Bununla bağlı Baku tv-nin hazırladığı süjeti təqdim edirik: