Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ay ərzində 43 antiterror əməliyyatı həyata keçirilib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə,  əməliyyatlar zamanı ölkə daxili və xaricində ümumilikdə 226 terrorçu zərərsizləşdirilib. Bu istiqamətdə mübarizənin son terrorçu zərərsizləşdirənə qədər davam edəcəyi diqqətə çatdırılıb.