Əfqanıstanın paytaxtı Kabildə bomba partlaması nəticəsində 3 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  partlayışın qurbanları arasında Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndəsi Ziya Badan da var. Telekanalın məlumatına görə, hadisə zamanı bir nəfər yaralanıb.

Əfqanıstan hakimiyyəti partlayışla əlaqədar radikal "Taliban" hərəkatını günahlandırıb.