Ermənistanda daha 379 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki,  ölkədə virusa yoluxanların sayı 162 131 olub.

Belə ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 929-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı bir nəfər artaraq 700-ə yüksəlib. İndiyədək 149 312 pasiyent infeksiyadan sağalıb.