Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Unikal.org xəbər verir ki, ölkə üzrə səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçki prosesi pandemiya qaydalarına uyğun təşkil olunub. Seçki məntəqələrində sanitariya qurğuları yerləşdirilib.

Məlumata görə, deputat mandatı uğrunda 6 siyasi partiya - “Qazaxıstan Xalq Partiyası”, “Nur Otan”, “Auıl” Xalq Demokratik partiyası, “Ak Jol” Demokratik partiyası və “Adal” partiyası mübarizə aparır.