Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 90 milyonu ötüb.

Unikal.org xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 90 milyon 86 min 549, pandemiya qurbanlarının sayı 1 milyon 934 min 939 nəfərə çatıb. İndiyədək 64 milyon 469 min 156 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Son günlər dünyada koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, ötən sutka ərzində 799 min 712 nəfər infeksiyaya yoluxub, 15 min 454 nəfər isə dünyasını dəyişib Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.