Kolumbiyanın şərqində baş verən yanğın nəticəsində azı yeddi nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Unikal.org xəbər  verir ki, hadisə Kukuta şəhərində baş verib. Yanğın üç evi və dörd avtomobili əhatə edib. Yeddi nəfər hadisə yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar ən yaxın xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Kolumbiya prezidenti İvan Duke “Twitter” səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.