Kanadanın Alberta vilayətində daha əvvəl Cənubi Afrika Respublikasında aşkar edilmiş yeni koronavirus ştammına yoluxma hadisəsi aşkar edilib.

Unikal.org-un məlumatına görə, bu barədə CBC telekanalı bildirib.

Məlumata əsasən, virus bu yaxınlarda xarici səyahətdən qayıdan bir insanda tapılıb. Hal-hazırda o karatınə yerləşdirilib.

Daha əvvəl ölkənin dörd vilayətində yeni koronavirusun "Britaniya" ştammına bir neçə yoluxma hadisəsi aşkar edilmişdi.