Azərbaycanda daha bir həkim COVİD -19 virusundan vəfat edib. 

Unikal.org xəbər verir ki, o, Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimi Elçin Şıxıyevdir. Adıçəkilən həkim bir müddət əvvəl koronavirusa yoluxub, müalicəyə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

Elçin Şıxıyev xəstəxanada həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.