Türkiyədə maraqlı hadisə baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Artvin şəhərində yerləşən Deriner su anbarının quruması nəticəsində tarixi yaşayış məskəni ortaya çıxıb.

Çoruh çayının üzərində inşa edilən Türkiyənin ən yüksək, dünyada isə altıncı ən yüksək su anbarı olan Deriner su anbarı quruyub. Belə ki, yağışların yağmaması, ətrafdakı çayların suyunun azalması nəticəsində su anbarının böyük qismi quruyub və su çəkilib. Nəticədə Artvinin Yusufeli ilçəsinə bağlı olan tarixi Narlık kəndi aşkarlanıb. Kənddə məscid, məktəb binaları və evlər aydın şəkildə görünüb. Bütün bunlar su anbarının altında qalıbmış. Ətraf kəndlərdə yaşayan sakinlər buranı ziyarətə gəliblər. Bölgənin turizm mərkəzinə və muzeyə çevrilməsi istənilib.