Suriyanın şimalında daha 4 PKK terrorçusu məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Suriyanın şimalındakı Qara və Avaşin bölgələrində 4 terrorçu zərərsizləşdirilib. Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasına mənsub olub. Onlar hava zərbəsi vasitəsilə məhv edilib. Hazırda bölgədə əməliyyat tədbirləri davam edir.