Afrika qitəsində koronavirusdan ölənlərin sayı 70 mini ötüb.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, qitədə virusla bağlı kritik vəziyyət davam edir. Rekord ölüm sayı qeydə alınıb.

Afrika qitəsi ərazisində COVID-19-a yoluxanların ümumi sayı 2 milyon 965 min 221-ə, ölənlərin ümumi sayı isə 70 649-a çatıb. Ən çox yoluxma CAR, Misir və Mərakeşdə müşahidə olunub.