"Telegram" da istifadəçilər üçün təhlükəli boşluq aşkarlanıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, "Telegram" messencerə əlavə edilən "yaxın insanlar" funksiyası hakerlərin istifadə edə biləcəyi boşluğu aça bilər.

Mütəxəssislərin sözlərinə görə, məhz bu funksiya insanın harada olduğunu araşdıran hakerlər tərəfindən istifadə oluna bilər. İstifadəçinin yerləşdiyi ərazi burada demək olar ki, açıq məlumatdır. Qeyd olunur ki, məlumatların toplanması “triangulation” alqoritminin köməyi ilə baş verir. Alqoritmin iş prinsipi aşağıdakı kimidir:

Funksiya aktivləşdirilir və haker üç müxtəlif nöqtədən ərazi hesablamaları edir. İstifadəçi bu üç nöqtənin kəsişməsində yerləşəcək. Onun dəqiq yerini tapmaq üçün cinayətkar istənilən kartoqrafik xidməti işə sala bilər.