Şərqi Afrika regionunda yerləşən Somalidə partlayış hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayışı naməlum terrorçular təşkil edib. Paytaxt Moqadişoda öncədən avtomobilə quraşdırılmış bomba nəzarət postunda partladılıb.

Nəticədə 2 polis, 5 mülki şəxs olmaqla, 7 nəfər həyatını itirib. Xəsarət alanlar da var. Yaralıların dəqiq sayı məlum deyil. Partlayışın məsuliyyətini heç bir terror qruplaşması üzərinə götürməyib. Hazırda araşdırmalar və əməliyyat-axtarış tədbirləri aparılır.