Bildiyiniz kimi, artıq ötən gündən etibarən ABŞ-da Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə görə etiraz aksiyaları keçirirlər.

Unikal.org xəbər verir ki, etiraz aksiyaları zamanı etirazçılar və polislər arasında toqquşmalar yaşanıb. Amerika polisi etirazçıları dayandırmaq üçün gözyaşardıcı qaz və səs bombasından istifadə edib. Yayılan kadrlarda asayiş keşikçilərinin etirazçılara qarşı zorakılıq tətbiq etdiyi də görünür.

Tramp isə öz növbəsində tərəfdarlarını sülhə səsləyib.