Yaponiyada ekstremal hava şəraiti 29 nəfərin həyatını itirməsinə səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli qar yağması nəticəsində əsas yollar bağlanıb.

Bəzi yerlərdə qarın hündürlüyü 120 santimetrə çatıb. Qar dərinliyinin normadan 3 dəfə artıq olduğu bildirilib. Dağlıq əyalətlərdə qar uçqunları yaşanıb. Müxtəlif səbəblərdən ekstremal hava şəraiti 29 nəfərin ölümünə səbəb olub. Bütün əyalətlərdə qar uçqunu riski ilə bağlı əhaliyə xəbərdarlıq edilib.