Cəbəllütariqdə keçirilməli olan qadın şahmatçılar arasında FİDE Qran-Prisi təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu barədə qərarı FİDE və yarışın təşkilatçıları verib.

Belə addımın atılmasına səbəb Cəbəllütariqdə koronavirus pandemiyasının yayılması olub. Son həftələrdə yoluxmaların artması üzündən ölkədə karantin elan edilib.

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatılacağı yarışda iştirakçıların təhlükəsizliyini nəzərə alınıb. Təşkilatçılar turniri şərtlərin imkan verəcəyi halda fevralın sonuna qədər təxirə salıb.

Qeyd edək ki, yanvarın 17-29-da keçirilməli olan turnirdə 12 şahmatçı mübarizə aparmalı idi.