Hesablama Palatasında elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Nəsir Sadıqov qurumun aparat rəhbəri vəzifəsinə təyin edilib.

Unikal.org bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlayıb, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. O, yeni vəzifəsində bir qədər əvvəl pensiyaya çıxmış Məhəmmədəli Süleymanovu əvəz edib.