Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsində xam neftin və təbii qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 12,9 milyon ABŞ dolları və ya 21,93 milyon manat həcmində olması proqnozlaşdırılır.

Unikal.org xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.

Bildirilir ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2,99 milyon manat və ya 15,8 faiz, 2020-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən 0,85 milyon manat və ya 4 faiz çoxdur. 2021-ci ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.