Noyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 5014 ədəd, dəyəri isə 64 milyon 800 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 67-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4425-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 498-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 24-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.