Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 30-da ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.