“Global Media Group”un təşəbbüsü ilə koronavirus haqqında məlumatlar şəkillər vasitəsilə təsvir edilib.

Unikal.org xəbər verir ki, pandemiyanı əks etdirən “Pasient 0” komiks jurnalı nəşr olunub. 27 səhifədən ibarət olan jurnalın ideya müəllifi Həmid Həmidov, ssenari müəllifi Mixail Freyman, rəssamı isə Məleykə Xocanəzərovadır. 

Yeni çapdan çıxmış jurnal 2021-ci ildən paylanacaq.