COVİD-19-a qarşı Çində hazırlanmış “Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

Unikal.org xəbər verir ki, Çin “Sinovac”-ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq etdi. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongvei bildirib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.

The New York Times-ın məlumatına görə, İndoneziya və Türkiyə indiyədək “Sinovac” vaksinin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub, müvafiq olaraq 97 və 91.25% effektivlik əldə olunub.

Bu vaksinin digər ölkələrin istehsal etdikləri preparatlardan əsas üstünlükləri: sürətli immun cavab reaksiyası; öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır .

Məlumat üçün deyək ki, Pfize firmasının məhsulu olan eyniadlı vaksin -70 dərəcədə saxlanılmalıdır.

Hazırda dünyanın əksər ölkələri Çin istehsalı olan vaksini almağa üstünlük verir. Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bir çox diqər dövlət “Sinovac” vaksinini sifariş ediblər. İstehsalçı “Sinopharm” şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.

Diqqəti cəlb edən məqam odur ki, hal-hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.