Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.